ERMƏNİ FAŞİZMİNİN NÖVBƏTİ TƏZAHÜRÜ - Azərbaycan Ordusu bu vəhşiliyə adekvat cavab verməlidir!

Bir neçə gün əvvəl pis hava şəraitinə görə Naxçıvanın Şahbuz rayonundan Ermənistan ərazisinə keçmiş əsgər Axundov Hüseyn Əhliman oğlu düşmən ölkədə saxlanıb. Bu gün erməni “Teleqram” kanalları onun işgəncələrə məruz qalan videosunu, həm də vəhşiləşmiş, insanlığını itirmiş erməni cəmiyyətinin əsl simasını yayıblar.

Kadrlardan görünür ki, bir neçə gün ərzində ac-susuz qalaraq heydən düşən, silahsız olan 20 yaşlı əsgərimiz amansız işgəncələrə məruz qalır. Əli-qolu bağlı əsgərimizin erməni hərbçiləri tərəfindən işgəncəyə məruz qaldığı səhnələr gizlədilsə də, Qafan şəhərinin sakinlərinin onu vəhşicəsinə vurmaları açıq nümayiş etdirilir.

Halbuki Azərbaycan yolunu azmış, hətta əsgərlərimizin qanını tökmüş onlarla erməni quldurunu insana layiq şəkildə saxlayıb sonra Ermənistana göndərib. Humanizmin cavabını ermənilər belə verir?

Əlbəttə, biz ermənilərin xislətinə bələdik. Artıq bir əsrdən çoxdur ki, zaman-zaman bu millətin faşist təbiətinin acılarını yaşayırıq. 1918-ci ildə mart soyqırımını, 1992-ci ilə Xocalı soyqırımı və neçə-neçə belə faciələri törədənlərin nəslindən insanlıq gözləmək də əbəsdir.

Ordumuzun qarşısından dişi çaqqal kimi qaçıb gizlənməyə deşik axtaran ermənilərin əsgərlərimizi silahsız və tək görəndə necə bir yırtıcıya çevrildiyini, əsir və girov götürdüklərinə qarşı hansı vəhşilikləri törətdiklərini yaxşı bilirik.

Bu gün Azərbaycan əsgərinə qarşı edilənlər də bunun nümunəsidir. Qoy indi insan haqlarından, hüquqdan dəm vuran beynəlxalq təşkilatlar, hər fürsətdə Azərbaycanı baltalamağa çalışan dövlətlər bu kadrlara baxsınlar və zərrə qədər ədalət hissi qalıbsa, qarşılarındakı insanlıq düşmənlərini tanısınlar.

Azərbaycan hökuməti bu faktı dərhal bütün dünya ictimaiyyətinə yaymalı, ermənilərin əsl sifətini bir daha tanıtmalıdır.

Azərbaycan Ordusu da əsgərimizə qarşı bu vəhşiliyə biganə qalmamalıdır. Ən sərt şəkildə adekvat cavab verilməlidir! Xüsusilə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu gecikmədən qanı tökülən qalib əsgərimizin qisasını almalıdır!

Əlbəttə, əsgərlərin dumanda yolunu azsa belə, düşmən tərəfinə keçməsinin səbəbləri də diqqətdən kənarda saxlanıla bilməz. Belə hallar artıq neçənci dəfədir ki, təkrarlanır. Aidiyyatı qurumlar ciddi araşdırma aparıb günahkarları sərt şəkildə cəzalandırmalıdır. Qalib Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən şəxs və şəxslər,  vəzifəsindən asılı olmayaraq, layiq olduğu cəzanı almalıdırlar.  \“AzPolitika.info”

 

 






Fikirlər