İran İslam Respublikasının tanınmış müctəhidlərindən biri ayətullah Müctəhidi Tehrani Türk dilini cəhənnəm dili adlandırıb. O bildirib ki, cəhənnəm əhlinin dili türkcə, cənnət əhlinin dili isə farscadır.
Xalq şairi Sabir Rüstəmxanlı Moderator.az-a açıqlamasında iranlı müctəhidin bu açıqlamasına münasibət bildirib: “O, yəqin ki, özü cəhənnəmə bir neçə dəfə gedib-gəlib və ona görə də cəhənnəmin dilini başa düşür. İnsan, allah bəndəsi nə cəhənnəmin, nə də cənnətin dilini bilir, çünki hələ ora gedib-gələn yoxdur.
Məncə ədalətin dili, haqqın dili, insanlara, millətlərə sayğının dili cənnətin dilidir. Kim bu dilə sayğı göstərmirsə cəhənnəm əhlidir və onlar da elə buna görə cəhənnəmin dilin yaxşı bilərlər.
Yalnız İran ayətullahlarından belə cəfəngiyatları gözləmək olar”.
(Azərtaym,az)