Kılıçdaroğlu ilk dəfə həmin rüsvayçı xəritədən danışdı - VİDEO

Prezident seçildiyim təqdirdə ilk rəsmi səfərim Şimali Kipr Türk Respublikasına, ikinci səfərim isə Azərbaycana olacaq”.
Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri, “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu YouTube kanalı “BaBala TV”də yayımlanan “Mövzular: Açıq Mikrofon” verilişində deyib.
K.Kılıçdaroğlu özünün müəllifi olduğu “Yeni İpək Yolu” layihəsində Azərbaycanın niyə yer almaması ilə bağlı tənqidlərə cavab verib:
“Azərbaycanın Bakısı ilə bizim İstanbulumuz arasında heç bir fərq yoxdur. Azərbaycanla olan dostluğumuz, bərabərliyimiz mən də daxil heç bir partiya üçün fərqli dəyərləndirilə bilməz. Bunu xüsusi olaraq qeyd etmək istəyirəm. Əminəm ki, digər siyasi partiyaların rəhbərləri də bu mövzuda mənim kimi düşünür, iki ölkə arasındakı münasibətlərə eyni paralellikdən baxırlar. Bu paralelliyi formalaşdıran qurumun adı da Xarici İşlər Nazirliyidir, onlar bu mövzuya həssaslıqla yanaşırlar.
Bizim əsas hədəfimiz Orta Asiyanı Türkiyə və Avropa ilə birləşdirmək, “Mərkəz Türkiyə” layihəsini böyütmək, Türkiyənin digər türk respublikaları ilə daha da yaxınlaşdıran iqtisadi təməl formalaşdırmaqdır. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Amma bu dəhlizin açılması tərəflərin razılaşması və Türkiyənin Azərbaycana davamlı dəstək göstərməsinə bağlıdır. İranla Ermanistan arasındakı əməkdaşlıq bu dəhlizin açılmasına maneə yaradır. Əgər Türkiyə öz gücündən istifadə edərsə, dəhlizin fəaliyyətinin həm biz, həm də İran, Ermənistan, digər Türk dövlətləri üçün böyük faydası olacağını və yaranacaq iqtisadi üstünlükdən bütün ölkələrin yararlana biləcəyinə regionu inandıra bilərsə, bölgədə daha güclü olacağıq. Biz o dəhlizi genişləndirməyə və böyütməyə məcburuq”.
“Əslində fikrim budur. Azərbaycana səfər etmiş, onlarla yaxın ünsiyyətdə olmuş biriyəm. Heç kim narahat olmasın. Sadəcə mən deyil, bütün siyasi partiyalar Azərbaycanla bağlı eyni fikirdədir. Türkiyə ilə digər Türk respublikaları arasında iqtisadi əlaqələr inkişaf etməlidir” – deyə, K.Kılıçdaroğlu bildirib.
Şər






Fikirlər