Erməni revanşist politoloq: Sülh sazişindən sonra Ermənistanın bir dövlət kimi sürətlə parçalanması başlayacaq

Paşinyan sülh sazişi imzalanarsa, Qarabağdakı haykları gözləyən 3  variantdan danışdı...

"Nikol Paşinyan dövlətin məğlubiyyətinin texniki parametrlərini açıqlayıb. Onların aşkarlığı sayəsində danışıqların kölgə mərhələsinə son qoyan yeni vəziyyət yaranıb. Prosesin texniki tərəflərinin həllindən sonra nə baş verəcək?"

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə İrəvanda fəaliyyət göstərən Alternativ layihələr qrupunun həmtəsisçisi, yerli polotoloq Vahe Ovannisyan öz məqaləsində yazıb.

“Nikol danışıqların məzmununu heç vaxt deməyəcək. Bu, nə özünün, nə də vasitəçilərin maraqlarına uyğundur. Texniki məsələlərdən sonra isə Ermənistanın bir dövlət kimi sürətlə parçalanması başlayacaq. Azərbaycanın bu parçalanmanı dərin və dönməz hala gətirmək üçün çoxlu vasitələri (beynəlxalq ictimaiyyət üçün məqbul) olacaq”,-deyə revanşist siyasi ekspert bildirib.






Fikirlər