Deputatla ekspert arasında qalmaqal: “Elçin? O kimdir? Mən onu tanımıram”…

"Mən belə bir təhsil eksperti tanımıram”. 
 Milli Məclisin deputatı Aydın Mirzəzadə bunu təhsil eksperti Elçin Əfəndinin müəllimlərin 55 yaşdan pensiyaya göndərilməsi təklifinə münasibət bildirərkən deyib. 
Deputat hesab edir ki, Elçin Əfəndi belə fikirlərə cəmiyyətə özünü tanıtmağa çalışır.
"Ekspert uzun illər hansısa bir sahədə çalışan şəxslərə deyilir. Onun nailiyyətləri, fikirləri, elmi araşdırmaları geniş ictimaiyyətə məlum olur. Sonradan onun söylədiyi fikirlər də diqqəti cəlb edir. Etiraz etmirəm, ola bilsin ki, gəncdir, yeni fikirlərlə ictimaiyyət arasına çıxmağa çalışır”, deyə deputat vurğilayıb. 
Aydın Mirzəzadə bildirib ki, hazırda mövcud sistem özünü doğruldub.
"Zaman keçdikcə əlbəttə ki, bu sistem üzərində müəyyən dəyişikliklər də ediləcək”, deyə Aydın Mirzəzadə fikrini yekunlaşdırıb.
Qeyd edək ki, təhsil eksperti Elçin Əfəndi müəllimlərin 55 yaşdan pensiyaya göndərilməsi təklifini irəli sürüb. O bildirib ki, bu yaşda təqaüdə göndərilən müəllimlərin pensiyası isə onların mövcud əmək haqqları ilə əvəzlənməlidir. Ekspert müəllimlərin böyük əksəriyyətini müasir çağırışlara, təhsil sisteminə yaxından bələd ola bilməməkdə ittiham edib. Qaynarinfo






Fikirlər