2000 müəllim niyə işdən çıxarılır? - Təhsil sektorunu SİLKƏLƏYƏN XƏBƏR

 Похожее изображение

Azərbaycanda orta məktəblərdə çalışan müəllimlərin diplomları yığılır.

Mətbuatda yayılan informasiyalara görə,  diplomların yığılmasında məqsəd saxta diplomlarla çalışan müəllimləri aşkarlamaqdır. Bəzi media orqanları hətta iddia edirlər ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Cəlilabad rayonlarında orta məktəblərdə müəllimlərin diplomları artıq yığlıb.
Məsələyə münasibət bildirən təhsil eksperti İlham Əhmədov a24.Az-a açıqlamasında bildirir ki, bu kimi şəxslər ümumiyyətlə təhsil sahəsində işləməyə layiq deyillər:
“Əminliklə deyə bilərəm ki, saxta diplomla çalışan müəllimlərin bilik səviyyəsi belə yoxdu. Və onlar tədris müəssisələrində çalışmağa layiq deyillər”.
Ekspert xatırladır ki, bu kimi hallar sabiq təhsil naziri Misir Mərdanovun da vaxtında olub:
“O zaman da xeyli sayda saxta diplomla çalışam müəllimlər aşkar olundu. Saxta yollarla, Rusiyanın başqa universitetlərində saxta diplom alaraq çalışmağa başlamışdılar. Və bir müddət bunun qarşısı alınmışdı. İndi yenidən bu məsələnin üzərinə düşüblər və ümid edirəm ki, saxta diplomun həm müəllim həm də tələbələr tərəfindən alınmasının bununla da qarşısı alınacaq”.
“Təhsil eksperti olaraq bu kimi məsələrin olmasını qəti şəkildə pisləyirəm. Bu prosesin vaxtında qarşısı alınarsa, məktəblərdə olan savadsız kadrlar demək olar ki, yox olacaq”, – deyə İ.Əhmədov əlavə edib.

 






Fikirlər