“Laçın” sərhəd-keçid məntəqəsindən yeni görüntülər - VİDEO
“Laçın” sərhəd-keçid məntəqəsi artıq tam fəaliyyət göstərir və etnik ermənilər cavandan qocayadək ondan rahat şəkildə istifadə edirlər”. Yeniavaz.com xəbər verir ki, bu barədə “Caliber” kanalı məlumat verib. “Halbuki separatçılar bu sərhəd-keçid məntəqəsindən istifadə etməyəcəklərini demişdilər. Bununla bağlı yayılan kadrlardan görünür ki, ermənilərin “blokada” və “etnik təmizləmə” ilə bağlı sözləri separatçıların yaratdığı mifdən başqa bir şey deyil”, - məlumatda qeyd edilib.