Laçın-Xankəndi yolunda qurulan sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər (VİDEO)
Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsindən tam şəkildə fəaliyyətinin daha bir görüntüləri yayılıb.
Bu barədə AZƏRTAC paylaşıb.
Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Bununla da, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.