Tanınmış jurnalist hərbi ekspertdən üzr istədi - FOTO
Binəqədi Rayon Məhkəməsi Ədalət Verdiyevin iddiası əsasında jurnalist Rahib Qəribin (Rahib Mirzəkərim oğlu Qəribov) ötən ilin sentyabrında özünün Feysbuk səhifəsində hərbi ekspertlərlə bağlı etdiyi paylaşıma görə təkzib verməsi və üzr istəməsi haqqında qərar çıxarıb. Musavat.com xəbər verir ki, hakim Fərid Hətəmzadənin sədrliyi ilə keçirilən iclasda hərbi ekspert Ədalət Verdiyevin iddiası qismən təmin olunub. Rahib Qərib özünün Feysbuk səhifəsində məhkəmə qərarını yerinə yetirərək üzr istəyib. Məhkəmə Ədalət Verdiyevin Rahib Qəribdən 5000 manat mənəvi təzminat alınması və YAŞAT Fonduna köçürülməsi tələbini qəbul etməyib. Ədalət Verdiyev bununla bağlı apellyasiya şikayəti verəcəyini bildirib.