Arif Hacılının səhhəti necədir? - İsa Qəmbər danışdı...
"Milli Düşüncə" Mərkəzinin rəhbəri, eks-spiker İsa Qəmbər və xanımı BDU-nun professoru Aida Qəmbər bir müddət əvvəl açıq ürək əməliyyatı keçirən Müsavat başqanı Arif Hacılını ziyarət edib. Bu barədə İsa Qəmbər özünün "Facebook" səhifəsində məlumat yayıb. Siyasətçi əqidədaşının səhhətinin normal olduğunu bildirib. O, A.Hacılının sağlıq durumunun daha da yaxşı olacağına əminliyini vurğulayıb. İsa Qəmbər və xanımı Arif Hacılı və xanımı ilə xatirə şəkli çəkdirib.