PRİQOJİN GERİ DÖNMƏK QƏRARI ALDI - Rostovu da tərk edir + VİDEOLAR (Yenilənir)

Xəbər verildiyi kimi, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin geri qayıtdıqlarını açıqlayıb.

Hazırda Rostovda "Vaqner" döyüşçüləri toplaşır, maşınlara yüklənir.

Yerli sakinlər Rostovdan getməyə hazırlaşan "Vaqner" döyüşçülərini yola salmaq üçün toplaşıb.

***

“Moskvanın 200 kilometrliyinə qədər gəlmişik, bir rus qanı tökməmişik. İndi isə artıq qardaş qanı axıdıla bilər. Biz məsuliyyəti üzərimizə götürərək qardaş qanı axmasın deyə, öz dislokasiya yerimizə qayıdırıq”.

 Belə gözlənilməz bəyanatla “Vaqner” rəhbəri Yevgeni Priqojin bu dəqiqələrdə çıxış edib.

Cəmi bir neçə dəqiqə əvvəl o bəyan etmişdi ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar olsa da, heç bir razılıq əldə olunmayıb.

 






Fikirlər