Dünyanın nazirləri Bakıda bir araya gəldilər - FOTOLAR

dunyanin-nazirleri-bakida-bir-araya-geldiler

Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü başlayır.

“Qafqazinfo” xəbər verir ki, iki gün davam edəcək tədbirdə nazirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qarşılayır.

Nazirlərin toplantısında Hərəkatın gündəliyində yer alan bir çox məsələlərin müzakirə olunması ilə yanaşı, eyni zamanda, yekun sənədlər və Bakı Bəyannaməsi qəbul ediləcək.

Qeyd edək ki, hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

 




 






Fikirlər