"PAŞİNYAN PUTİNƏ XƏBƏRÇİLİK EDİR" - "Ermənistanın Baş naziri narahatdır ki..."
"Sülhməramlıların müşaiyəti olmasa, texnikaları havadan vurulacaq" Ermənistanın Baş naziri Nikol Paşinyan yenə Rusiya prezidenti Vladimir Putinə zəng edib. Kremldən yayılan açıqlamada, telefon danışığının Nikol Paşinyanın təşəbbüsüylə gerçəkləşdiyi bildirilib. Politoloq Elxan Şahinoğlu hesab edir ki, Paşinyanın narahatlığı bölgədə gərginliyin artmasıyla bağlıdır. Onun sözlərinə görə, Paşinyan Azərbaycanın Qarabağda anti-terror əməliyyatına başlaya biləcəyindən narahatdır. "Baş nazirin Putinə zəngi xəbərçilik anlamı daşıyır. Halbuki, Putinə bölgədəki vəziyyət barədə hər gün kəşfiyyat məlumatları çatdırılır və onun Paşinyanın məlumatlarına ehtiyacı yoxdur. Qarabağ separatçıları əvvəlkitək Rusiya hərbi kontingentinin müşayiəti ilə bir məntəqədən o birisinə silah daşımaqda davam edirlər",- o qeyd edib.E.Şahinoğlu deyir ki, bu təxribatın sadə səbəbi var: "Separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa hərbi texnikaları havadan vurulacaq. Erməni separatçılarını müşayiət edən Rusiya hərbi kontingenti Kreml sahibinin əmrini yerinə yetirir"."Azpolitika.info"