Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırdı ...
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırdığı bildirilir. Bu barədə AzadlıqRadiosuna oktyabrın 11-də fəalın yaxınları məlumat verib. Onların sözlərinə görə, Hacıyev aclığı yaxınlarının və dostlarının xahişini nəzərə alaraq dayandırıb: "Aclıq onun səhhəti üçün ciddi fəsadlar yarada bilərdi deyə o, aksiyanı dayandırıb". Bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.