83 yaşlı erməni Putindən onu övladlığa götürməsini tələb etdi... -AĞLASIĞMAZ

83 yaşlı erməni Putindən onu övladlığa götürməsini tələb etdi...-AĞLASIĞMAZ

Moskvanın 83 yaşlı sakini Susanna Tapaltsyan Rusiya prezidentindən onu övladlığa götürməyə məcbur etmək tələbi ilə Tversk rayon məhkəməsinə müraciət edib. 
 
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, erməni qadını bu addıma külli miqdarda borcları vadar edib. 
Bu barədə onun qızı Lusine Marqaryan “Moskva Online” ilə söhbətində danışıb.
 
Qızının sözlərinə görə, anasının təsis etdiyi “Paros” kafesinin olduğu ərazi onun əlindən qanunsuz olaraq alınıb və hüquqi xidmətin əvəzi olaraq anasının pensiya kartına 3 milyon rubl borc yığılıb.
 
Marqaryan əmin edir ki, onlar 8 illik verginin, demək olar ki, hamısını veriblər. Bu vəziyyətdən çıxmaq üçün qadınlar belə qənaətə gəliblər ki, "qanunun işləməsi üçün nüfuzlu adamla qohum olmaq lazımdır". Buna görə də 83 yaşlı kafe sahibi məhkəmə yolu ilə prezident Putini onu övladlığa götürməyə məcbur etmək istəyir...
 
S.Laçın






Fikirlər