Nazarbayev 2013-cü ildə Sərkisyana Qarabağla bağlı nə deyib? - Səfəryandan ŞOK İDDİA

Nazarbayev 2013-cü ildə Sərkisyana Qarabağla bağlı nə deyib? - Səfəryandan ŞOK İDDİA

“Kim deyir ki, Serj Sərkisyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayıb?! Bunu illər öncə özü qəbul etdi, indi tanımadığını deyir”.

 Globalinfo.az xəbər verir ki, bu sözləri erməni politoloq Styopa Səfəryan deyib.

“Beynəlxalq miqyasda xarici güclərlə razılaşdığınız halda, indi “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” kimi cəfəngiyyatlar səsləndirirsiniz. 2013-cü ildə dekabrın sonunda Qazaxıstanın ovaxtkı prezidenti Nursultan Nazarbayev Ermənistanın Avropa İqtisadi Şurasına (Aİİ) daxil olması üçün Azərbaycanla sərhədlərini dəqiqləşdirməyi tələb etdi. Ermənistan Azərbaycanla sərhədlərini Aİİ-yə daxil olan ölkələrin prezidentləri səviyyəsində dəqiqləşdirdi. Beləliklə İrəvana şuraya qoşulma icazəsi verildi.

Nazarbayev, Putin və Lukaşenko tərəfindən tanınan sərhədlərin Ağdam, Şahbulaq, Horadiz ərazisindən keçmədiyi isə dəqiq məsələdir. Yəni Sərkisyan Qarabağı Azərbaycanın tərkibində tanıdı”, – S.Səfəryan bildirib.






Fikirlər