Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs müddəti uzadıldı...
“Abzas media”nın direktoru Ülvi Həsənlinin həbs müddəti uzadılıb. Bu barədə qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində qəbul olunub. Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha 2 ay 29 gün uzadılıb. Sevinc Abbasova (Vaqifqızı) barəsində də həbs qətimkan tədbirinin müddəti 2 ay 29 gün uzadılıb. Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı və yanvarın 13-də saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan qərarı verilib. yenisabah.az