"Qardaşlıq çətin zamanda gərəkdir"
Rusiyanın gömrük qapılarında gözlətdiyi türk tırlarının Qazaxıstan, Qırğızıstan və Tacikistana çatması üçün qardaş ölkə Azərbaycan qapılarını açıb. Türkiyə nömrəli vasitələr Azərbaycan, Xəzər dənizi və Türkmənistan dəhlizini istifadə edəcək. Məsafə olaraq da daha qısa olan Xəzər keçidinin daimi vəziyyətə gəlməsi gündəmdədir. Azərtaym.az Ölkə.Az-a istinadən xəbər verir ki, Rusiya tərəfindən keçməsinə maneə törədilən türk tırları üçün dövlət başçısı İlham Əliyevin təlimatıyla Azərbaycandan keçməsi təmin edilib. Xarici İşlər Nazirliyinin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin verdiyi məlumata görə, Rusiya üzərindən Qazaxıstan, Qırğızıstan və Tacikistana tranzit keçidini həyata keçirmək istəyən Türkiyə nömrəli vasitələr Xəzər dəhlizini istifadə edəcək. Təyyarənin vurulması hadisəsinin ardından Moskva rəhbərliyinin etdiyi blok səbəbiylə Türkiyə nömrəli tırlar günlərdir ki, Gürcüstandan Rusiyaya keçə bilmir. Əliyev təlimat verib Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycandakı görüşləri əsnasında daşımalarla əlaqədar mövcud vəziyyət onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovun diqqətinə çatdırılıb. Nazir Məmmədyarovun mövzunu Azərbaycan Dövlət Başçısı İlham Əliyevə çatdırdığı ifadə edilib. Tələbi müsbət qarşılayan Əliyevin türk tırlarının keçidi üçün hər cür köməkliyin göstərilməsi təlimatını verdiyi məlum olub. Təlimatdan sonra masaya oturan iki ölkə rəsmiləri arasında tırları idarə edən şəxslərin müvafiq sənədlərə malik olmaması ilə bağlı razılıq əldə olunub. Belə ki, tırların sürücüləri hər hansı cərimə ödəməkdən aza edilib. "Çətin dövrdə yanımızda oldu" Baş verənlərlə əlaqədar "Yeni Şafak"a danışan UND İcra Heyəti Başçısı Fatih Şener Əliyevin təlimatını xatırladaraq bildirib ki, məhz bu yolun asanlaşması gözlənilən bir dövrdə Rusiya böhranı yaşandı və Azərbaycan zərər çəkmiş tırlara sahib çıxıb. Bu qərarı verən prezident İlham Əliyevə təşəkkür edən UND Başçısı Şener Orta Asiya, Qafqaz və Türkiyəni bir-birinə bağlayacaq bu yolun daimi olmasını arzu etdiyini ilə gətirib. "Çağırışlarımıza cavab verilsə, Ro-Ro limanı da bundan qazanc əldə edəcək. Sentyabr ayında UND ilə görüşən Türkmənistan Dövlət Başçısı cənab Qurbanqulı Berdıməhəmmədov gəmi qiymətindən endirim ediləcəyinə söz verib. Azərbaycan Dövlət Başçısı cənab İlham Əliyev də tranzit keçidlərinin asanlaşdırılması təlimatını verib və bunun üçün iqtisadiyyat nazirliyinin nəzdində bir komitə yaradılıb. Azərbaycan tərəfindən də gəmi qiymətindən və xüsusilə liman qiymətindən 50% endirim gözləyirik ", - deyə Şener qeyd edib. Xəxər dəhlizinin məsafəsi daha qısadır Gürcüstanda günlərdir gözləyən türk tırlarının ötən gecədən etibarən Xəzər dəhlizini istifadə etməyə başladığı barədə məlumat verən Şener qeyd edib ki, vasitələr bu anda Azərbaycanın tranzit keçidi açması ilə Xəzər üzərindən Qazaxıstan və Qırğızıstana doğru yola çıxıb və Gürcüstanda gözləyən vasitələrin sayı 30-a düşüb. Bakı üzərindən Türkmənbaşı (Türkmənistan) və Aktau (Qazaxıstan) limanlarına doğru səfərlərin başladığını bildirən Şener bu yolun məsafəsinin çox qısa olduğunu qeyd edib. O əlavə edib ki, sözügedən marşrut daimi olsa, Azərbaycan iqtisadiyyatına da fayda təmin edəcək. Endirim əldə edilsə, keçidlərin sayı 25 minə çatır Xəzər marşrutunun daha aktiv istifadə edilə bilməsi üçün tranzit keçidlərdə alınan 465 dollarlıq ödənişin qaldırılmasını tələb edən Şener, Ro-Ro limanında bir səfər üçün 15 min dollar liman xərcinin da endirilməsini istəyib. Şener bu asanlıqların təmin edilməsi fonunda illik 5 min olan Xəzər keçid sayının 25 minə çatacağını söyləyib.