Rusiya Abxaziyanı Tiflisə qaytarır, yoxsa?
Xəbər verildiyi kimi, Rusiya 2024-cü il sentyabrın 1-dən separatçı Abxaziyanın dövlət sektorunda çalışanlara sosial ödənişləri dayandırıb. Bu barədə sentyabrın 3-də qondarma respublikanın xarici işlər naziri Sergey Şamba məlumat verib. Onun sözlərinə görə, bu, son vaxtlar “müttəfiqlər” arasında xeyli narazılığın yığılması və buna görə də “Moskva ilə münasibətlərin xeyli dəyişdiyi” fonunda baş verib. Musavat.com xəbər verir ki, “Vedomosti” nəşri Abxaziyanın Rusiyanın maliyyə yardımından necə asılı olduğunu və Moskvanın niyə belə nümayişkaranə və məhz indi addım atdığını araşdırıb. Bildirilir ki, yaranmış problemlər avqustun sonunda Abxaziya “prezidenti” Aslan Bjaniya ilə Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakla müzakirə olunub. Rusiya tərəfi Abxaziyanın müəyyən öhdəlikləri yerinə yetirmədiyini və sentyabrın 1-dən müəyyən maliyyə sanksiyaları tətbiq olunacağı deyilib, lakin məbləğ dəqiqləşdirməyib.
Eyni zamanda, avqustun sonunda abxaz Telegram kanalları Kozak və Bjaniya arasında görüşün protokolunun fotosunu dərc edib. Bəlli olur ki, Suxumi iqtisadi və arbitraj məhkəmələrin qərarlarının tanınması haqqında sazişi ratifikasiya etməyənə, habelə Rusiya sərmayəçilərinin respublikadakı layihələrdə iştirakı haqqında saziş icra edilməyənə qədər sosial ödəniş dayandırılır. O cümlədən, daşınmaz əmlak bazarında investorlar üçün məhdudiyyətlərin aradan qaldırılmayana qədər qış və payız aylarında Rusiyadan bazar qiymətləri ilə elektrik enerjisinin verilməsidir. Üçüncü problemli məsələ Moskvanın maraqlarına və ikitərəfli münasibətlərə xələl gətirən Rusiya vətəndaşlığı olan abxaz deputatlar haqda məlumat verməməsidir. 2024-cü ilin fevralında o da məlum olub ki, Abxaziya Daxili İşlər Nazirliyi ilə Rusiya Milli Qvardiyası arasında əməkdaşlıq haqqında saziş pozulub. Buna səbəb ölkə müxalifətinin bu qərarı suverenliyinin pozulması kimi qiymətləndirməsi olub. Abxaziyada rus pasportlarının kütləvi şəkildə verilməsi 2002-ci ildə, Gürcüstanın Sxinvaliyə hücumundan altı il əvvəl başlayıb, bundan sonra Rusiya Federasiyası həm Cənubi Osetiyanın, həm də Abxaziyanın müstəqilliyini tanıyıb. İkili vətəndaşlıq hüququ 2006-cı ildə müvafiq Abxaz qanununda təsbit edilib. 2023-cü ilə olan məlumata görə, Abxaziyada 130 min Rusiya vətəndaşı var. 2009-cu ildən Rusiya və Abxaziya vətəndaşları daxili pasportlardan istifadə etməklə vizasız gediş-gəliş rejiminə malikdirlər. İyulun ortalarında Abxaziyanın “Prezident Aparatı” qondarma parlamentə dövlət büdcəsini doldurmaq üçün Abxaziyanın şərqində 30 min mənzil və evlərin xaricilərə satılması ilə bağlı qanuyn layihəsi göndərdi. Müxalifət və ictimai fəallar bu layihəni 243 min əhalinin yarısının etnik abxazlardan ibarət olduğu ölkədə demoqrafik tarazlığa təhlükə hesab etdilər. Beləliklə, qanun geri götürülüb.
2024-cü il avqustun ortalarında Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirmişdi ki, Abxaziyada rusiyalı investorların iştirakı ilə 17 milyard rubldan çox investisiya layihələri həyata keçirilir. 2024-cü il iyulun ortalarında isə Rusiya hökuməti Abxaziyanın respublikaya ixrac edilən bəzi kateqoriyalı mallara artan gömrük rüsumlarının ləğvi tələbini dəstəklədi. Həmçinin sentyabrın 1-dək Rusiya payız-qış dövründə Abxaziyaya pulsuz elektrik enerjisi verib. Yalnız 2020-ci ildən 2023-cü ilin birinci rübünə qədər müvafiq mövsümlərdə pulsuz tədarüklər Moskvaya 6 milyard rubla başa gəlib. 2023-cü ilin avqustunda Abxaziyanın o vaxtkı xarici işlər naziri İnal Ardzinba demişdi ki, Rusiya “respublikanın müstəqilliyini tanıyandan” bəri, yəni 15 il ərzində Moskva 110 milyard rubla yaxın maddi yardım edib. Rusiya ilə Gürcüstan arasında münasibətlərin istiləşməsini, iki ölkə arasında qarşılıqlı ticarət həcminin artıması, turizmi, paralel idxalı, Tiflisin Rusiya əleyhinə sanksiyalar tətbiq etməkdən imtina etməsi fonunda qondarma respublikaya yardımın dayandırılması diqqət çəkir. İMEMO RAS-ın Postsovet Araşdırmaları Mərkəzinin sektor müdiri Stanislav Pritçin qeyd edir ki, Abxaziyanın Rusiyadan maliyyə və iqtisadi asılılığı çox böyükdür. “Nəzərə alsaq ki, faktiki olaraq beynəlxalq arenada əsas oyunçulardan yalnız Moskva Suxumun müstəqilliyini tanıyıb və ona böyük dəstək verir. Abxaziya yalnız Rusiya ilə az-çox hüquqi cəhətdən əsaslandırılmış münasibətlərə malik ola bilər. Moskva təkcə maliyyə donoru və əsas ticarət tərəfdaşı deyil, həm də təhlükəsizlik donoru olmaqla, Abxaziya və onun silahlı qüvvələrinin respublikada fəaliyyətini təmin edir. Yəni Rusiya həm suverenliyin qarantı, həm də əsas sponsoru kimi qalmaqdadır” Moskva separatçı respublikanın həm suverenliyinin qarantı, həm də əsas sponsoru kimi qalmaqdadır, amma...