Ankara terrorunun müəllifi kimdir? (ŞƏRH)

Ankara terrorunun müəllifi kimdir? (ŞƏRH)

"Bu terror aktı Türkiyə rəhbərliyinin müstəqil davranışı, müstəqil qərarlar verməsilə bağlıdır". 
Bunu politoloq Natiq Miri Türkiyənin Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) baş verən terror aktının nə məqsəd daşıdığını şərh edərkən deyib.
Politoloq bildirib ki, hegemon güclərin siyasi və digər maraqlarını nəzərə almadan Ərdoğanın atdığı addımlar qlobal gücləri narahat edir: 
"MHP lideri Baxçalının Öcalan haqqında söylədiyi fikirlər də qətiyyən gözdən qaçırılmamalıdır. O bildirmişdi ki, parlamentə gəlib PKK-nı buraxdığını elan edərsə, Öcalanı buraxmaq olar. Məhz bu fikirlərin səslənməsindən az sonra terror hadisəsi törədildi. Terror hadisəsi prezident Ərdoğan ölkədə olmadığı, BRİCS-in sammitində iştirak üçün Kazana getdiyi gün baş verib. Bu heç də təsadüf deyil".
 
Ekspertin fikrincə, baş verən terror hadisəsilə Ərdoğanın Kazan səfərinin arzuolunmaz olduğu mesajı verilir və anoloji proses davam edəcəyi təqdirdə Türkiyəni hansısa acınacağlı hadisələrin gözlədiyi barədə xəbərdarlıq edilir: 
"Olayın baş verməsində digər səbəb isə Ankaranın İsrailə qarşı tutduğu mövqelə əlaqədardır. PKK terror təşkilatı olmaqla qlobal güclərin əlində alətdir".
 
Həmsöhbətimiz qeyd edir ki, TUSAŞ kimi hərbi-sənaye şirkətində terrorçuların əməliyyat keçirə bilməsi təhlükəsizliklə bağlı ciddi zəifliklərin olduğunu da ortaya çıxarıb:
"Hadisə Türkiyənin təhlükəsizlik orqanlarında ciddi boşluqların olduğunu da açıq şəkildə ortaya qoyur. Bunun əməldə ciddi bədəlləri olmalıdır. Digər tərəfdən terroru törədənlərin birinin çantasının arxasında böyük "Z” hərbi qeydi olunub. "Z” hərbi qeydi isə Rusiyanın Ukraynaya hərbi müdaxiləsində istifadə etdiyi simvoldur. Ərdoğan da məhz "Z” simvolunu özü üçün əsas götürən Rusiyaya səfər edib. Ona görə də verilən mesajın daha qlobal və Türkiynin bilavasitə BRİCS-lə münasibətlərinə yönəlik olduğu da ortaya çıxır”.
Qeyd edək ki, dünən Türkiyənin Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) terror aktı törədilib. Terrorun PKK tərəfindən törədildiyi bildirilir. Terror hadisəsi nəticəsində 5 nəfər ölüb, 22 nəfər isə yaralanıb. Hadisə ilə əlaqədar olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərini yarımçıq qoyaraq ölkəyə qayıdıb. /Qaynarinfo
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.






Fikirlər