Razi Nurullayev Siyavuş Novruzova: və sifarişlə danışdığınızı sübut etdiniz, Özünüzü gözdən saldınız
“Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var, sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik”. Gununsesi.info xəbər verir ki, bunu deputat Razi Nurullayev sosial şəbəkə hesabında yazıb. O, daha sonra həmkarı Siyavuş Novruzovu qınayaraq, bunları deyib: “Amma Siyavuş Novruzovun bugünkü çıxışında “İmişli deputatatları ilə söhbət etmişəm, onları mənə deyib” fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsinizsə, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın.
Siyavuş müəllim, bu cür yanlışlıq etməklə özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm. Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum”.