“Qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər” - Vüqar Rəhimzadə

“Qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər” - Vüqar Rəhimzadə

Azərbaycan qadını əsrlər boyu ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, öz mərdliyi, sədaqəti ilə seçilib, milli-mənəvi dəyərlərimizin formalaşmasında əhəmiyyətli rol oynayıb. Qadına hörmət xalqımızın öndə olan ənənələrindən olub. Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir.

AzerTaym.az bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikinə diqqəti yönəldən Vüqar Rəhimzadə  vurğulayıb ki, dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. 

Milli Məclisin deputatı bu məqamı da xüsusi vurğulayıb  ki, son 5 ildə bayramlarımızı zəfər ruhunda qeyd edirik. 30 il işğal altında qalan torpaqlarımızın 44 günlük Vətən müharibəsində sahibinə qovuşması dövlətimizin qətiyyəti, xalqımızın birliyi, ordumuzun gücü, qüdrəti ilə yanaşı,  gənclərimizin torpaq, Vətən sevgisinin təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, böyüməlidir.

Təbii ki, bu missiyanın yerinə yetirilməsində kiçik dövlət olan ailə mühüm rol oynayır. Kiçik dövlətdə ananın rolu böyükdür. Bu gün bizlərə Zəfər sevincini yaşadan, qanları, canları ilə tarix yazan şəhidlərimizin, qazilərimizin anaları qarşısında baş əyirik. Bu gün hər bir ana 30 il ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsində, soydaşlarımızın doğma yurd-yuva həsrətinə son qoyulmasında, azərbaycanlıların yenilməz, məğrur xalq kimi dünyaya təqdimatında onların yetişdirdikləri vətənpərvər oğulların öz payının, rolunun olmasından  qürurludur.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, qadınlarımız ölkəmizin ictimai-siyasi həyatında böyük nüfuza malikdirlər. Prezident İlham Əliyevin 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrikində də bu əminlik ifadə edilir ki, qadınlar  gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər.






Fikirlər