Emrahdan boşanan xanım Elgizin verilişində - VİDEO
Türkiyənin məşhur müğənnisi Emrah Erdoğan keçmiş həyat yoldaşı Sibel Erdoğan “Elgizlə izlə” verilişinin qonağı olub. AzerTaym.az olay.az-a istinadən xəbər verir ki, ilk dəfə Bakıda olduğunu söyləyən 54 yaşlı sənətçinin xanımı Emrah və onların ailə həyatı ilə bağlı sualları cavablandırıb. “Emrah cəmi bir dəfə Bakıda olub və konsert proqramı çıxış edib. Bu isə 2000-ci illərə təsadüf edib. Biz beş ildir ki, boşanmışıq. Nə o nə də ki mən başqa sənətçi ilə münasibətə girmədim. Biz bir-birimizdə ayrıla bilmirik (gülür). İstəməzdim ki, burada Emrahla ayrılığımızın səbəblərindən danışmaq. Bizim iki övladımız var. Biz çox gözəl valideyinlərik. Hər şey öz yolunda gedir. Emrah çox gözəl insan və atadır. Biz boşandıqdan sonra aramızda mal-mülk söhbətləri olmadı. Çox sağolsun, Emrah bizim hər şeyimizlə maraqlanır. 2011-ci ildən bəri bir həyat yolu paylaşırıq. Bizim 14 illik evliliyimiz oldu. Emrah 10 yaşından bəri məşhurlaşdı. O kasıblıq görmüş bir insandır. Emrah öz zəhməti yəni dişi, dırnağı ilə hər şeyi qazanıb. O kimsədən pul istəməyib. Hər zaman özü çalışıb və pulunu qazanıb. Özünüzdə baxıb görürsünüz ki, bir çox məşhurlar var ki, indi çox ciddi maddi problemləri var. Bu səbəbdən də onların vəziyyəti ağırdır. Buna misal olaraq müğənni Serdar Ortaçın adını çəkə bilərəm. Emrah qazandığı pulun qədrini bilir. Onu ağıllı şəkildə xərcləyir. Biz həyatlarımızı ayrılmamaq üçün birləşdiririk. Amma bəzən anlaşılmazlıqlar olur və ayrılmaq da bir haqdır. Ayrılanda da münasibətləri gözəl şəkildə davam etdirmək lazımdır. Bizim iki övladımız var. Ona görə də biz pis valideyn ola bilmərik. Biz onlara yaxşı ana-ata olmaq məcburiyyətindəyik. Onları istəyərək biz dünyaya gətirmişik” - Sibel deyib.