İlham Əliyev DAVOSda: “Biz neft erasının 20 il sonra bitəcəyini gözləyirdik…”

"Biz "postneft erasının" indi yox, bir 20 ildən sonra gələcəyini gözləyirdik. Biz büdcəmizi bir barrel xam neftin qiymətinin 50 dollar olacağını düşünərək planlaşdırmışdıq”. Bu sözləri prezident İlham Əliyev Davos forumunda enerji mövzusunda keçirilən paneldə suallara cavab verərkən bildirib.

Azərbaycan prezidenti deyib ki, neft qiymətlərinin davamlı düşməsi psixoloji nöqteyi-nəzərdən yorucudur. “Biz sosial və sənaye infrastrukturuna, neft istehsalının özünə belə sərmayə qoymalıyıq”-İlham Əliyev əlavə edib.

Prezident çıxışına nikbin notlarla davam edib: "İndi Azərbaycanda islahatlar üçün yaxşı vaxtdır. İndi biz neft amili barədə unutmaq üzərində işləyirik. Mən düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik.

İlham Əliyev neftin qiymətinin gələcəyi ilə bağlı belə deyib: "Biz düşünürük ki, o daha 2-3 dollar düşəndən sonra ilin ikinci yarısı qalxmağa başlayacaq." O həmçinin deyib ki, bir barrel neftin qiymətinin 60-70 dollar olması istehsalçı ölkələrin hökumətlərinə çox sərf edərdi. "Mən bunu mümkün qədər tez görmək istəyirəm, yəqin ki, 2017-ci ildə neftin qiyməti belə olacaq," deyə o çıxışını yekunlaşdırıb.






Fikirlər