Davosdan dəhşətli neft proqnozu

Davosdan dəhşətli neft proqnozu2014-cü ildə bankların stress-test sınaqlarında neftin qiymətinin 50 dollaracan düşəcəyi nəzərdə tutulmurdu.

ANS-in məlumatına görə, bunu Davos iqtisadi forumunda Britaniya-Honkonq bank qrupu "HSBC"nin direktorlar şurasının sədri Duglas Flint deyib.

Onun sözlərinə görə, iqtisadiyyatda elə şeylər olacaq ki, indi onları heç kim görmür”.

Bank rəhbəri hesab edir ki, "görünməmiş vəziyyətlərdən çıxmağın yolu bankların kifayət qədər kapital ehtiyyatıdır."

Yanvarın 21-dəki müzakirələrdə Fransanın Total şirkətinin başçısı Patrik Puyane deyib ki, “neftin indiki istehsal səviyyəsini saxlamağa nəhəng investisiyalar lazımdır."

“2030-cu ilə kimi istehsal olunan neftin yarısı tükənəcək. Bu isə sutkada 50 milyon barreldir. Bu o deməkdir ki, biz neft istehsalına nəhəng investisiya qoymalıyıq”.

Qeyd edək ki, yanvarın 21-də İsveçrənin dağ kurort şəhəri olan Davosda açılan Dünya İqtisadi Forumunda dünyanın 2500 siyasi və biznes lideri, ictimai xadimlər, iqtisadi, siyasi ekspertlər iştirak edir.

4 gün çəkəcək Forumda Azərbaycan prezidenti İlham Əliyev də olmaqla, Fransa prezidenti Fransua Holland, ABŞ Dövlət katibi Con Kerri, Almaniya kansleri Angela Merkel və başqa liderlər iştirak edir.






Fikirlər