Türkiyədən Azərbaycanla bağlı ŞOK iddia - PUTİNİN hədəfindədir...
Bir sıra ekspertlərin fikrincə, Rusiyanın Suriyadan qoşunlarını geri çəkməsi böyük bir savaşın xəbərçisidir. “Qafqazinfo” xəbər verir ki, ABŞ senatoru Con Makkeyn də bu faktı “Ukraynaya qanlı bahar gəlir” şəklində şərh edib. Prezident Ərdoğana yaxınlığı ilə bilinən Türkiyənin “Star” qəzetinə danışan Yaxın Şərq üzrə ekspert Prof. Dr. Əbubəkr Sofuoğlu isə daha da irəli gedərək son hadisələrin təkcə Ukraynada deyil, Qafqazda da yeni bir müharibənin “ayaq izləri” kimi dəyərləndirib. Ekspertin sözlərinə görə, Rusiya Ukrayna və cənubundakı Azərbaycana qarşı müharibəyə başlamaq üçün Suriyadakı qoşunlarını geri çəkmiş ola bilər: “Azərbaycan lideri niyə Türkiyəyə gəldi? Çünki telefonda müzakirə edilməyəcək mövzular var idi. Rusiya həm şərqdən, həm də cənubdan hücuma məruz qala bilər”. Bundan başqa, Putinin əsas hədəfində Rusiyaya qarşı sanksiyaların əsas müdafiəçisi olan kansler Angela Merkelin olduğu bildirilir. Merkeli devirmək istəyən Putinin bunun üçün Avropadakı qaçqınlara qarşı olan faşist qruplardan istifadə etdiyi bildirilir: “Suriya böhranı dövründə Rusiyaya qarşı olan Türkiyə və Fransada bombalar partladı, Sultanahmetdəki hücumda alman turistlər hədəf alındı. Türkiyə və Almaniya Sultanahmetdəki hücumu hansı ölkənin təşkil etdiyini bilir. ABŞ ehtimalını da unutmaq olmaz. ABŞ və Rusiya arasında yaxınlaşma var. Suriyanı paylaşdılar, lakin AB və Türkiyə onlarla eyni nöqtədə hərəkət etmir”. AzerTaym.az