Rusiya HƏRBİ ekspertindən DƏHŞƏTssenariləri: XƏZƏRDƏ MÜHARİBƏ, Ankaraya NÜVƏ zərbəsi...
Nüfuzlu Rusiya hərbi eksperti, “Novaya qazeta”nın hərbçi şərhçisi Pavel Felqenhauer “Azadlıq” radiosunun rus xidmətinə müsahibəsində Rusiyanın bu günlərdə Cənub hərbi dairəsinin qoşunlarını, o cümlədən Xəzər donanmasını qəfil manevrlərə çıxarmasını şərh edib. Virtualaz.org xəbər verir ki, ekspert bu təlimlərin birbaşa Türkiyə ilə mharibəyə hazırlıq məqsədi daşıdığını deyib. “Qüvvələrin döyüş hazırlığının yoxlanılması mahiyyətcə Türkiyə ilə müharibə üçün idi, üstəgəl Qafqazda, Qarabağdan başlayan müharibə, yəni Azərbaycanla və ya Azərbaycanın iştirakı ilə müharibə”-ekspert bildirib.
Pavel Felqenhauer deyib ki, Xəzər donanması Türkiyəyə qarşı ancaq qanadlı raketləri tətbiq edə bilər. Azərbaycanla bağlı məsələ isə ciddidir, onun özünün böyük donanması var. “Ona görə də əgər Türkiyə ilə münasibtlər hərbi toqquşma səviyyəsinə qədər kəskinləşərsə o zaman müharibənin Qafqaza sıçraması qaçılmaz olacaq. Krım isə Türkiyə ilə istənilən toqquşma üçün platsdarm rolunu oynayacaq”-Felqenhauer deyib. Rusiyalı ekspertin fikrincə, Cənub ordusunun, Xəzər və Qara dəniz donanmalarının qəfil hərbi manevrlərini bəziləri Ukraynaya hədə kimi qiymətləndirirdilər. Ancaq Ukrayna silahlı qüvvələrinin Baş qərargahının rəisi deyib ki, ruslar ona bu manevrlərin Kiyevə qarşı olmadığını deyiblər.“Doğrudan da belədir. Çünki Şimali Qafqaz və Xəzərdəki qüvvələrin Ukraynaya qarşı olmadığı dəqiqdir”-ekspert deyib.
P.Felqenhauerin fikrincə, Rusiya Suriyaya müdaxilə edəndə düşünmürdü ki, Türkiyə ilə qarşıdurmaya gedəcək. Putin fikirləşirdi ki, türklərlə anlaşma əldə edə biləcək və nələrisə Ərdoğanla bölüşdürmək mümkün olacaq.Ancaq bu, çox ciddi səhv idi. İndi Rusiya hesab edir ki, Türkiyə ilə qarşıdurmaya girsə NATO onu müdafiə etməyəcək. Bu da yanlış təsəvvürdür.
“Türkiyə ilə qaşıdurma isə istənilən vaxt başlaya bilər. Onlar yenə bizim təyyarəmzi vuracaqlar, biz də onların təyyarəsini vuracağıq. Bəyəm azdır? Gec-tez onlar Suriyanın şimalına qoşun yeridəcəklər, çünki kürd qüvvələri arasında dəhlizi bağlamaq türklər üçün həyati əhəmiyyətli məsələdir. Eynən Ukraynanın şərqində olduğu kimi Suriyanın şimalında da Rusiyanın dəstəklədiyi qüvvələr sərhədə nə qədər yaxınlaşsa Türkiyə onlara daha çox zərbə endirəcək. Geriyə, Türkiyəy atəş açmaq isə olmaz. Dərhal NATO-nun 5-ci maddəsi yada düşəcək. Bu, çox təhlükəli situasiyadır və eskalasiyaya gətirib çıxara bilər. Rusiyanın “Varyaq” kreyseri Suriyanın Latakiyə sahillərindədir. Ona görə ki, havada döyüş başlasa göyərtəsindəki zenit raketləri Türkiyə təyyarələrini vursun.
“Varyaq” Türkiyə təyyarəsini vuracaq, türk sualtı qayığı isə onu uzaqmənzilli raketlə batıracaq. Yaxud türk freqatı uzaqmənzilli raketlə vuracaq. “Varyaq” ya batacaq, ya yanacaq, yüzlərlə dənizçimiz həlak olacaq. Yeri gəlmişkən, “Varyaq”da taktiki nüvə silahının olduğu istisna deyil. Rusiya gəmisi batsa və yüzlərlə dənizçi həlak olsa Kreml nə edəcək? Ankaraya zərbə endirmək lazım gələcək. Uzaqmənzilli qanadlı raketlərlə biz heç Ərdoğanın sarayını da dağıda bilmərik, çünki həddən artıq böyükdür. Deməli, məhdud nüvə zərbəsi endirmək lazımdır. Beləliklə də vəziyyət nəzarətdən çıxacaq, bunu isə çətin ki, kimsə istəsin”-Pavel Felqenhauer deyib.