Saakaşvili ƏLEYİHİNƏ ABŞ-dan QƏRİBƏ ÇAĞIRIŞ
Mixail Saakaşvilinin Ukrayna hökuməti ilə qarşıdurması Kremlin xeyrinədir. Axar.az xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ müdafiə nazirinin köməkçisinin keçmiş müavini Maykl Karpenter söyləyib. “Ukrayna xalqı korrupsiyadan yorulub və təəssüf ki, korrupsiya son illər yalnız güclənib. Hesab edirəm ki, ABŞ və Avropa Birliyi daha çox öz daxili problemlərinə diqqətlərini yönəldiblər və Ukraynaya marağı azaldıblar. Ukrayna hökumətinə də korrupsiya ilə mübarizə məsələsində təzyiqlər azalıb. Lakin bu halda belə mən Mixail Saakaşvilinin xalqın səsini çatdıracaq doğru spiker olduğunu düşünmürəm. Saakaşvili çox ziddiyətli şəxsdir. O, real reformlar keçirib, amma bununla belə, müxalifətin təqibinda dövlət aparatının gücündən istifadə edib. Məncə, bu qarşıdurma Kremlin xeyrinədir. Ukraynada kifayət qədər ukraynalı var ki, korrupsiya ilə mübarizəyə rəhbərlik edə bilər. Saakaşvili Ukraynanın xalq hərəkatına rəhbər ola bilməz”, – deyə o bildirib.