JİRİNOVSKİDƏN UNİKAL TƏKLİF: “PUTİNİN səlahiyyətləri...”
Rusiyanın Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski ölkədə prezident vəzifəsini ləğv etməyi təklif edib. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, o, bu haqda özünün “Telegram” kanalında yazıb. Partiya liderinin sözlərinə görə, prezidentin səlahiyyətlərini Dövlət Şurasına vermək lazımdır. “Prezidentlik institutu Rusiya üçün yaddır, o yalnız Amerika üçün yaxındır. Kollektiv idarəetmə orqanı, Dövlət Şurası Rusiya üçün daha müvafiqdir. Ora bütün qubernatorlar, əsas nazirlər, parlamentin rəhbərliyi, ola bilər ki, Ali Məhkəmənin sədri girməlidir. Seçkiləri hər il aprelin son çərşənbə axşamı keçirmək və bunu Rusiyanın Konstitusiyasına daxil etmək lazımdır”, - siyasətçi qeyd edib. Onun sözlərinə görə, bu halda, vətəndaşlar yalnız Dövlət Dumasının deputatlarını seçəcəklər.