Görülməmiş XAİNLİK! Ermənistan PKK-lılar üçün...
“The Great Middle East” layihəsinin yaradıcısı və rəhbəri Əli Hacızadə verdiyi açıqlama ilə Türkiyə mediasında xəbər başlığı olub. “A24.az” xəbər verir ki, verdiyi açıqlamasında Əli Hacızadə Azərbaycan xalqı və dövlətinin “Zeytun budağı” əməliyyatına dəstəyi yenidən xatırladıb. Əli Hacızadə açıqlama zamanı Ermənistan işğalı altında olan Qarabağdakı terror təşkilatı PKK-nın varlığına diqqət çəkib. Əli Hacızadə Ermənistan ordusunun işğal olunan bölgələrdəki hərbi düşərgələrdə terror təşkilatı PKK-lılara təlimlərin keçirildiyini deyib. Bundan başqa o, Ermənistan-PKK əlaqələrinin hər sahədə davam etdiyini bildirərək Ermənistanın terrorçuları sığınacaq, tibbi xidmət və kəşfiyyatla təmin etdiyini qeyd edib. Hacızadə mövzu ilə bağlı “Ermənistan işğal etdiyi Qarabağdan PKK ilə iş birliyi qarşılığında istifadə edir. Suriya və İraqdan gətirilən PKK-lılar bu bölgələrə yerləşdirilir. Görünən odur ki, xüsusi PKK düşərgələri olmasa da, Ermənistanın PKK-lı terrorçulara özlərinin hərbi düşərgələrini açdığını bilirik. Bundan başqa Ermənistan PKK-lılar üçün sığınacaq, tibbi xidmət və kəşfiyyat şəbəkəsiylə təmin edir. Bu düşərgələr Türkiyə və Azərbaycana qarşı istifadə edilir” deyib.