“ƏMƏLİYYAT başlamasaydı, TÜRKİYƏnin ərazi BÜTÖVLÜYÜ...” - Nazirdən ŞOK BƏYANAT

“Əməliyyat başlamasaydı, Türkiyənin ərazi bütövlüyü...” - Nazirdən ŞOK BƏYANAT

Türkiyə “Zeytun budağı” əməliyyatına dərhal başlamasaydı, daha ağır əvəzlər ödəyəcəkdik”.

Publika.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) “Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatı barədə millət vəkillərini məlumatlandıran müdafiə naziri Nurəddin Canikli bildirib.

Nazir əməliyyatın planlaşdırıldığı şəkildə davam etdiyini deyib. O, qeyd edib ki, əməliyyat son terrorçu məhv edilənə kimi davam edəcək.

Ölkəmizə qarşı terror təhlükəsi gündən-günə artmaqdadır. ABŞ-ı (PYD – PKK terror təşkilatının Suriya qanadı - red.) terror təşkilatına dəstəkdən imtina etməyə inandırmaq üçün bütün yollardan istifadə etdik. Lakin təəssüf ki, ABŞ bu siyasətdən imtina etmədi. Terror təşkilatının məqsədi ölkəmizin ərazi bütövlüyünü aradan qaldırmaqdır. “Zeytun budağı” əməliyyatından əvvəl Afrində yuva quran təşkilat tərəfindən həm Türkiyəyə, həm də İdlibdəki müşahidə nöqtələrimizə 700-dən çox hücum edildi”, - o bildirib.

Türkiyənin müdafiə idarəsinin başçısı əməliyyatın sərhədlərin təhlükəsizliyi üçün, ölkənin ərazi bütövlüyünün qorunması və suriyalıların hüquqlarının müdafiəsi üçün keçirildiyini vurğulayıb:

Əməliyyatın indi başlanması vacib idi. Əməliyyat keçən həftə başlanmasaydı, terror təşkilatı daha da güclü olacaqdı və Türkiyə daha böyük problemlərlə qarşı-qarşıya qalacaqdı”.

Nazir yanvarın 20-də başlayan əməliyyatın gedişatında 5-i türk hərbçisi olmaqla, 29 nəfərin (Əməliyyat Azad Suriya Ordusu ilə birlikdə həyata keçirilir - red.) şəhid olduğunu qeyd edib. Nurəddin Canikli terror təşkilatının dinc əhalidən canlı qalxan kimi istifadə etdiyini söyləyib. O, əməliyyatın gedişatında ən azı 649 terrorçunun öldürüldüyünü vurğulayıb.

Azad Suriya Ordusunun terror təşkilatı kimi qiymətləndirilməsini cahillik adlandıran nazir indiyə kimi bir dinc vətəndaşın belə zərər çəkmədiyini diqqətə çatdırıb.

 






Fikirlər