“Azərbaycan Türkiyənin VARLIĞINI ən çox İSTƏYƏN ÖLKƏDİR”

“Azərbaycan Türkiyənin varlığını ən çox istəyən ölkədir”

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində terrorçulara qarşı həyata keçirdiyi “Zeytun budağı” hərbi əməliyyatı beynəlxalq hüququn tələblərinə tam uyğundur”.

Bu fikirləri “Ölkə.Az”-a eksklüziv açıqlamasında Türkiyə Aviasiya Universitetinin rektoru, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılqan bildirib.

Kürşat Atılqan deyib ki, ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, İsrail və digər dövlətlər kimi Türkiyə də BMT-nin müvafiq qərarlarına uyğun olaraq, öz ərazi bütövlüyünün və sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün bu əməliyyatı başladıb:

“Bu əməliyyatı keçirməklə Türkiyə beynəlxalq hüququn heç bir tələbini pozmayıb. Uzun illərdir ki, PKK və digər silahlı terror dəstələri Türkiyənin Suriya və İraq ilə sərhədlərinin kənarında özlərinə “toxunulmaz yuva” qurublar. Həmin ərazilər Suriyanın nəzarətində olmadığı üçün faktiki olaraq terrorçular bu yerlərdən Türkiyəyə silahlı müqavimət göstərir, terror aktları törətməyə çalışır. Çox təəssüf ki, terrorçuların bu oyununa beynəlxalq güclər də göz yumaraq, dəstək verirlər. Həmin ərazidə gizlənən terrorçulara ABŞ və digər dövlətlər tərəfindən ağır silahlar və hərbi texnika verilir. Bu dəfələrlə sübut olunub və faktdır”. 

General qeyd edib ki, Türkiyə ordusu öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün türk xalqının istəyilə bu əməliyyatı başladıb: 

Allahın köməyilə Türkiyə ordusu beynəlxalq güclərin Türkiyəyə qarşı olan xain planını pozacaq. Çünki Türkiyə Silahlı Qüvvələri Türkiyənin milli mənafeyini qoruyacaq gücə qadirdir. Tam əminəm ki, Türkiyə ordusu çox qısa vaxtda Suriyanın Afrin bölgəsini terrorçulardan təmizləyərək, onları tamamilə məhv edəcək”.

Rektor Afrin əməliyyatları ilə bağlı verdiyi siyasi dəstəyə görə Azərbaycana təşəkkür edib:

Afrin əməliyyatlarına görə qardaş Azərbaycanın Türkiyəyə verdiyi dəstək bizim üçün çox əhəmiyyətlidir. Azərbaycan qardaş ölkədir və Türkiyənin varlığını ən çox istəyən ölkədir. Eyni zamanda Türkiyə də qardaş Azərbaycanın varlığını və güclənməsini ən çox istəyən dövlətdir. Verdiyi dəstəyə görə də qardaş Azərbaycan xalqına və onun dövlət başçısına öz təşəkkürümü bildirirəm”.






Fikirlər