"Bu əməliyyatla türk ordusu ləkələnmiş imicini təmizlədi" — HƏRBİ ekspert

"Bu əməliyyatla türk ordusu ləkələnmiş imicini təmizlədi" — Hərbi ekspert

Türkiyə təhlükəsizlik qüvvələri terrorçulara qarşı amansız əməliyyatlar keçirir.

Son əməliyyat zamanı PKK-nın alınmaz qalsı sayılan, PKK liderlərinin "dövlət buraya girə bilməz" dediyi Tendürek dağındakı terror yuvası xüsusi təyinatlılar tərəfindən dağıdılıb. Tendürekdəki terrorçuların bazası darmadağın edilib. Onlarla terroçu məhv edilib

PKK illərdir ki, Türkiyənin təhlükjəsizliyi üçən əsas təhdiddir. Dəfələrlə Türkiyə dövləti terrorçulara qarşı əməliyyatlara başlayıb, ancaq sonradan müxtəlif səbələrdən bu əməliyyatlar dayandırılıb. Bu dəfə isə Türkiyə terrorçuların kökünü kəsməkdə qərarlı görününr. Türkiyə ordusu, xüsusi təyyinatlılar və polisi əməliyyatlarda yaxından iştirak edir.

Türkiyənin son zamanlar terrorçulara qarşı keçirdiyi əməliyyatlar barədə hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb:

"Türkiyə Van və Ağrı dağında keçirdiyi əməliyatları əslində çoxdan etməli idi. Nəhayət Türkiyə "əlini stolun üstünə güclü şəkildə vurdu" və terrorla birdəfəlik məsələni həll etməyi qarşısına məqsəd qoydu. Türkiyənin Cerablusda və İranla sərhhədəki Tendürekdə keçirdiyi əməliyyatları vacib idi. Çünki PKK terrorçuları son zamanlar xeyli əl-qol açmışdı. Özlərini güc sahibi hesab edən bəzi dövlətlər də bundan yetərincə faydalandılar.

Bəzi böyük dövlətlər bir yandan dünyada sülhün, əmin-amanlığın tərəfdarları kimi aparır, digər tərəfdən də həmin dövlətlər terror təşkilatlarını dəstəkləyir və yaxud o təşkilatların yaradıcısı olurlar. Son əməliyyatlar bir daha göstərdi ki, Türkiyə həmin Türkiyədir. Türkiyə silahlı qüvvələri gücünü itirməyib. Yaşanan bəzi çətinliklərə baxmayaraq Türkiyə NATO-nun aparıcı dövlətlərindən biridir. NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyədə Ərdoğanla görüşündə bildirdi ki, Türkiyə NATO-suz, NATO-da Türkiyəsiz keçinə bilməz. Yens Stoltenberq qeyd etdi ki, NATO Türkiyədən heç zaman vaz keçməyəcək. Türkiyənin keçirdiyi əməliyyatlarda NATO-nun xeyir-duası var.

Türkiyə silahlı qüvvələri özünün ağır çəkisini saxlamalıdır. PKK-ya qarşı bundan sonra da amansız addımlar atılmalıdır. Xüsusi təyinatlılar güclərini göstərdi. Onların 2 həftəyə yaxındır ki, keçirdiyi əməliyyatlar nəticəsində PKK tarixinin ən ağır zərbəsini aldı. Əvvələr də PKK itkilər vermişdi, ancaq bu dəfə Tendürekdə demək olar ki, xüsusi təyyinatlılar PKK-nin bel sütununu qırdı. Artıq onlar da görürlər ki, çoxlu sayda tərəfdaşlarını, döyüşçülərini itiriblər. Sözsüz ki, PKK buna qəzəblənəcək, terror aktları törətməyə çalışacaq, ancaq bundan Türkiyə qətiyyən çəkinməməlidir. Türkiyə silahlı qüvvələri və polisi əməliyyatları davam etdirməlidir. Türkiyə regiondakı bütün silahlaları yığışdırmalıdır. O silahlılar yığışdırılmasa, onlar yenə də çalışacaq ki, Türkiyəyə, İrana, regiona narahatçılıq gətirəcəklər.

PKK-nın son zamanlar formalaşmış imici bu əməliyyatlar nəticəsində yerləbir oldu. Türkiyə bunu çoxdan etməli idi. Türkiyə PKK-nın kökünü tamamilə kəsməlidir. PKK-ya endirilən bu zərbələrdən sonra terror təşkilatının ayağa durması üçün vaxt və çoxlu maliyyə vəsiti tələb olunacaq. Maliyyə vəsaitini isə böyük dövlətlər çətinliklə verəcəklər, çünki böyük dövlətlərin özlərinin iqtisadi vəziyyətəri o qədər də yaxşı deyil. Türkiyə silahlı qvvələri bütün yaşananlara rəğmən öz gücünü və qüdrətini göstərdi. Ləkələnmiş imicini təmizlədi".






Fikirlər