Türk ordusu Əl-Babı İŞİD-dən tamamilə aldı — VİDEO

Gözünüz aydın, Əl-Bab əməliyyatı bitdi. Türk ordusu Əl-Babı İŞİD-dən tamamilə aldı. Ərazidə axtarış və təmizlik işləri gedir”.

Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar bildirib. Onun sözlərinə görə, artıq ərazi terrorçulardan tam azad olunub.

“Söhbət Suriyanın şimalında davam edən Türkiyə Silahlı Qüvvələrilə birgə koalisiya qüvvələrinin keçirdiyi əməliyyatlardan gedir. Biz bu gün qürurla deyə bilərik ki, artıq başladığımız işi uğurla yekunlaşdırırıq. Bu gün səhər saatlarında “Fərat Qalxanı” əməliyyatı çərçivəsində 194 hədəfə atəş açılıb. 17 İŞİD üzvü zərəsizləşdirilib. Azad Suriya Ordusu ilə isə keçirilən əməliyyat zamanı 8 İŞİD üzvü öldürülüb, 7 müxalif döyüşçü həyatını itirib. Türk ordusunun hərbçiləri xəsarət almayıb”, - deyə Hulusi Akar bildirib.

Qeyd edək ki, İŞİD terror təşkilatına qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələri “Fərat Qalxanı” adlı hərbi əməliyyatı 22 avqust 2016-ci ildən başlayıb.

 

 

 






Fikirlər