Hikmət Hacızadə də Müsavatdan getdi

Hikmət Hacızadə də Müsavatdan getdiMüsavat Partiyasının tanınmış simalarından olan Hikmət Hacızadı bu təşkilatdan istefa verib. Musavat.com bu xəbəri Hikmət Hacızadənin Facebookdakı statusuna əsasən yayır.

İstefa ərizəsinin mətni qısadır və bu cürdür:

"Müsavat Partiyasının

Təşkilat Şöbəsinə

Hikmət Hacızadədən

İSTEFA ƏRİZƏSİ


Yazıb sizə bildirirəm ki, partiyamızda Söz Azadlığının kobud və birtərəfli pozulmasına və fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verirəm. Partiyada qalan qəlbən azad və fədakar insanlara mübarizələrində uğurlar arzulayıram. Bu andan Qaranlıqlarla mübarizəmi təkbaşına davam edəcəm.

Sayğılarla

Hikmət Hacızadə

Bakı, 11.17.2014"






Fikirlər