SƏS VER! İşğalçı ERMƏNistanı bütün dünyada birgə İFŞA EDƏK!
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Müraciətdə Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Ağ Ev Administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsinin dəstəklənməsi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir. Petisiya və onun imzalanması qaydaları ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz: https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe http://1905.az/s%C9%99s-ver-isgalci-erm%C9%99nistani-buetuen-duenyada-birg%C9%99-ifsa-ed%C9%99k/
"AzerTaym.az" xəbər verir ki, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda Obama Administrasiyasına petisiya ilə müraciət açılıb.