“Kadırovla 10 ildir ki, yaxın DOSTUQ” - Azərbaycanlı NAZİR (Foto)

 

yeni nazirle musahibe (5)

Xəbər verdiyimiz kimi, ötən gün Çeçenistanın lideri Ramzan Kadırov Azərbaycan Tibb Universitetinin (ATU) məzunu olan Elxan Süleymanovu səhiyyə naziri təyin edib.

Məlumat üçün bildirək ki, Elxan Süleymanov ATU-nu fərqlənmə diplomu ilə bitirib. Təhsildən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib.

AzVision.az-ın əməkdaşı Çeçenistanın azərbaycanlı səhiyyə naziri Elxan Süleymanovla əlaqə saxlayaraq ondan eksklüziv müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik:

-Əvvəla sizi yeni vəzifəniz münasibətilə təbrik edirik. Azərbaycanlının başqa bir ölkədə nair təyin olunması bizim üçün fəxrdir. Sizin də təəssüratlarınızı bilmək istərdik. Necə oldu ki, belə bir yüksək vəzifəyə təyin olundunuz?

– Bu gün nazir kimi ilk iş günümdür. Çeçenistan prezidenti Ramzan Kadırov iki il öncə məni Qroznuda işləmək üçün dəvət etmişdi. Amma mən ailə məsələsinə görə ora gedə bilmirdim. Ancaq sonradan razılıq verdim və Qroznuya gəldim.

Kadirovun təklifi ilə Qroznudakı Onkologiya Mərkəzinin baş həkimi vəzifəsində işə başladım. Hazırda həmin mərkəz çox yüksək səviyyədə fəaliyyət göstərir. Ramzan Kadirov gördüyüm işlərdən razı qaldığını deyirdi. O, göstərdiyim xidmətlərə görə, məni ölkənin səhiyyə naziri təyin etdi.

yeni nazirle musahibe (3)

-Ramzan Kadırovla münasibətiniz necədir?

– Biz onunla 10 ilə yaxındır ki, dostuq. Mən Moskvada işləyən zaman Kadirov mənə kömək edirdi. Onunla yaxşı dostluq münasibətimiz var. Ramzan Kadırov Azərbaycanı çox sevir. O, iki dəfə Azərbaycanda olub, prezident İlham Əliyevlə görüşüb. Kadirov tapşırıqlar verir ki, Azərbaycanla səhiyyə sahəsində mütləq əlaqələr qurmaq lazımdır.

- Yeni işinizdə planlarınız nədən ibarətdir?

– Səhiyyə naziri olmaq çox məsuliyyətli və şərəfli işdir. Burada 90-dan çox xəstəxana, 5 mindən çox həkim var. Onların hər biri ilə dil tapmaq o qədər də asan deyil. Üzərimə düşən öhdəliyi layiqincə yerinə yetirməyə çalışacağam.

- Hazırda Azərbaycanla əlaqələriniz varmı?

– İxtisasca Onkoloqam. Bakıda doğulmuşam, Azərbaycan Tibb Universitetində təhsil almışam. Əslən Qusar rayonundanıq. Valideynlərim Azərbaycanda yaşayırlar. İldə bir-iki dəfə Azərbaycana gəlirəm. Azərbaycanı, Qusarı çox sevirəm. Mənim gəncliyim Bakıda keçib. Azərbaycanda keçirdiyim günləri unutmaq mümkün deyil.






Fikirlər