MÜSƏLMAN XANIM Fransa prezidenti ola bilər
Nikoyla Sarkozinin prezidentliyi dövründə xarici əlaqələr, insan hüquqları və idman sahələri üzrə məsul olan Rama Yade prezidentliyə namizəd olduğunu bəyan edib.Fransada gələn il keçiriləcək prezident seçkilərində ilk dəfə qaradərili xanım öz namizədliyini irəli sürüb.
O, “cürətkar Fransa” adlı kampaniya başlatdığını vurğulayıb.
Seneqalda doğulan müsəlman Yade prezident seçkilərində namizədliyi haqqında verdiyi açıqlamada “Seçkilərdə kiçik ya da böyük namizəd yoxdur” –deyə bildirib.
Seçkilərə çoxdan hazırlaşdığını söyləyən Yade Fransa cəmiyyətinin parçalanması ilə bağlı məsələnin həll olunmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, Fransada gələn il keçiriləcək prezident seçkisinin ilk turu aprelin 23-ə planlaşdırılıb. İkinci tur isə mayın 7-də keçiriləcək.