“Ermənilərin 6 RAYONU qaytarması ən yaxşı variant ola bilər” – AYAZ MÜTƏLLİBOV

 

Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada görüşməsi ilə bağlı ATƏT-in Minsk qrupu təklif irəli sürüb. Minsk qrupunun həmsdərləri Ceyms Uorlik, İqor Popov və Pyer Andrie görüşün qısa müddətdə keçirilməsini təklif ediblər.

Eks-prezident Ayaz Mütəllibov Modern.az-a açıqlamasında prezidentlərin gözlənilən Vyana görüşünü şərh edib. Onun sözlərinə görə, görüşdən sonra irəliləyiş ola bilər.
“Əslində, prezidentlərin görüşü barədə fikir söyləmək mənim üçün çox mürəkkəbdir. Qızğın məqamda hər hansı sözlər işlətmək bir balaca etikadan kənardır. Qabaqcadan konkert nəsə deyə bilmərəm. Amma fikirləşirəm ki, ola bilsin ki, aprelin əvvəllərində baş verən hərbi əməliyyatlardan sonra danışıqlar masasında bir irəliləyiş olsun”.
Eks-prezidentin sözlərinə görə, 6 rayonun qaytarılması məsələsi kompromisin ən gözəl variantı ola bilər.
“Zənnimcə, gözlənilən görüş keçmiş danışıqlardan fərqli olacaq. Hər halda dəyişiklik ola bilər. 6 rayonun qeyd-şərtsiz qaytarılması məsələsi kompromisin ən gözəl variantı ola bilər. Dağlıq Qarabağın özü sonrakı mərhələyə daxildir. Amma indinin özündə əgər sülh variantlardan söhbət gedirsə, zəbt olunan rayonlar qaytarılmalıdır.






Fikirlər