AŞPA MK-nın həmməruzəçiləri İLHAM ƏLİYEVİN qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

AzerTaym.az Virtualaz.org-a istinadən bildirir ki, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycana əlamətdar bir gündə - 15 iyun Milli Qurtuluş Günündə səfər etmələrinin əhəmiyyətini bildiriblər. Onlar Bakıda keçiriləcək Formula-1 yarışlarının beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyini vurğulayıblar. Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığa toxunan qonaqlar bu əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıblar. Həmməruzəçilər “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Prezidentinin sərəncamının və "Amnistiya aktı haqqında" qanunun qəbul edilməsinin Avropa Şurası tərəfindən alqışlandığını deyiblər və bunların önəmini vurğulayıblar.

Dövlət başçısı Azərbaycanla Avropa Şurası arasında uzun illər səmərəli və konstruktiv əməkdaşlığın həyata keçirildiyini bildirib və əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatın ən fəal üzvlərindən biri olduğunu deyib. Dövlət başçısı əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Fikirlər