AKP-dən şok açıqlama - “Qiyamçı hərbçilər edam oluna bilər”
AKP-nin başqan yardımçısı Mehmet Müezzinoğlu hərbi çevrilişi dəyərləndirib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, vətəndaş cəmiyyəti quruluşlarını saat 13:00- da Türkiyə Böyük Millət Məclisinin önünə yığışmağa çağırış edib. Eyni zamanda M. Müezzinoğlu qiyamçılara qarşı edam cəzasının verilməsinin də müzakirə olunacağını dilə gətirib.