Zabit Səmədov dünya çempionu ilə DÖYÜŞƏCƏK
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirdə iştirak edəcək. "AzerTaym.az" report.az-a istinadən xəbər verir ki, turnir avqustun 23-də “Kolizey” idman sarayında keçiriləcək. “WBC Muay Thai” versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşdə rəqibim məşhur rumın döyüşçü Katalin Moroşanu olacaq”, - deyə Z.Səmədov bildirib. O, hazırda yarışa ciddi hazırlaşdığını da sözlərinə əlavə edib. “Hazırda Bolqarıstanda təlim-məşq toplanışındayam. Məşqlər təxminən üç həftə davam edəcək”, - deyə idmançı vurğulayıb. Onu da qeyd edək ki, hazırda Z.Səmədov "Axmat" kikboksinq klubuna rəhbərlik edir. “Təlim-məşq toplanışında mənimlə klubun turnirdə yarışacaq bütün heyəti məşq edir”, - deyə azərbaycanlı döyüşçü bildirib.