Qarabağın qaytarılacağı vaxt açıqlandı – ŞOK AÇIQLAMA

255352

Dağlıq Qarabağ münaqişəsinin həlli indi yekun sıçrayışa olduqca yaxındır. Bu, artıq cari ildə baş tuta bilər.

Bu sözləri rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Putinin etibarlı adamı Sergey Markov “Vestnik kavkaza” nəşrinə Serj Sarkisyanın Moskva görüşünü şərh edərkən deyib.

Ekspert bildirib ki, Putin-Sarkisyan görüşündə əsas müzakirə mövzusu Qarabağ probleminin nizamlanması, həmçinin Moskvanın Ermənistanda daxili sabitliyin təmin edilməsində göstərə biləcəyi köməklik olacaq:

“Dağlıq Qarabağ münaqişəsinin həlli indi yekun sıçrayışa olduqca yaxındır. Bu, artıq cari ildə baş tuta bilər. Sıçrayış Kazan həll formulu əsasında mümkündür. Belə ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması qarşılığında Azərbaycan tərəfdən Ermənistanın blokadası götürülür. Kazan formulu əsasında artıq indidən ciddi anlaşmaya çıxmaq olar”.

S.Markov Putin-Sarkisyan görüşündə son vaxtlar Ermənistanda müşahidə edilən daxili siyasi vəziyyətin qarışması ilə bağlı məsələnin də gündəmdə ola biləcəyini istisna etməyib:

“Yəqin Vladimir Putin Ermənistanda nə baş verdiyi barədə Sarkisyanın öz dilindən eşitmək istəyir. Hər iki ölkə KTMT-yə daxildir, Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulmaq prosesinə başlayıb. Rusiya Ermənistana kömək edir, bu ölkədə siyasi və iqtisadi sabitliyə görə cavabdehlik daşıyır. Ermənistan isə buna cavab olaraq Rusiyanın lider mövqe tutduğu təşkilatlarda iştirak edir. Əlbəttə ki, Moskva əvvəlcə Ermənistanın təhlükəsizliyinin, onun iqtisadi inkişafının donorudur”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanı görüş üçün avqustun 10-da Moskvaya dəvət edib.(musavat.com)






Fikirlər