Rafiq Hüseynovdan keçmiş həyat yoldaşı barədə İNANILMAZ SÖZLƏR - VİDEO
Xalq artisti, məşhur diktor Rafiq Hüseynov keçmiş həyat yoldaşı, xalq artisti Roza Tağıyeva ilə bağlı maraqlı etiraflar edib. Publika.az xəbər verir ki, diktor “Sevilənlər” proqramında boşandığı birinci həyat yoldaşı ilə indi dost olduqlarını deyib: “Roza Tağıyeva ilə evlənəndə 19 yaşım vardı, onda hələ diktor deyildim, televiziyada işıqçı kimi çalışırdım. Roza gözəl qadın idi, gözəl səsi vardı, prima idi. Məndə olan məharətə bax ki, işıqçı məşhur diktorla evləndi. İşdə bütün günü bir yerdəydik, evdə də. İşdə Rozanı görürdüm, evdə də yenə Roza. O da həmçinin, nə qədər olar, işdə də Rafiq, evdə də. Evliliyimiz alınmadı. Amma biz ayrılandan sonra da eyni otaqda otururduq, ünsiyyətimiz davam edirdi. İndi də dost münasibətindəyik”. Xalq artisti həyatında yaşadığı ən böyük faciədən də danışıb: “Bir ilin içində həm anamı itirdim, həm də oğlumu. Oğlum 17 yaşında idi. Anam bu itkini görmədi, onsuz da görsəydi, bu faciəyə dözə bilməyəcəkdi”. İlk dəfə diktor işlədiyi vaxt qəbul olunmadığını deyən Rafiq Hüseynov sonradan sevildiyini söyləyib: “Mən pafosla danışmırdım, bu da çoxlarının xoşuna gəlmirdi. Mərkəzi Komitədən demişdilər ki, onu oradan rədd eləyin. Hətta, məni “Xəbərlər proqramı”na yaxın buraxmırdılar. Deyirdilər pafosla oxumalısan. Sonradan yavaş-yavaş qəbul etdilər." Qeyd edək ki, R.Hüseynov üç dəfə evlənib.