Fazil Mustafa Binəli Yıldırımın KODLU atmacasını şərh etdi...

"Türkiyə ilə Azərbaycanın qardaşlığını tarix çoxdan isbatlayıb"

Çərşənbə axşamı Ankaradakı mitinqdə Türkiyənin baş naziri Binəli Yıldırım çıxışında ad çəkməsə də Azərbaycana da atmaca atdı ki, 15 iyulda dostumuzu da, düşmənimizi də yaxşı tanıdıq və bəlli oldu ki, özümüzdən başqa gerçək dostumuz yoş imiş.

Görəsən, Binəli Yıldırım Azərbaycana qarşı haqsızlıq etdimi?
Moderator.az-ın əməkdaşı bu sualla Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafaya müraciət edərək ondan aşağıdakı cavabı alıb:
"Bunu darbədən sonrakı dövrdə verdiyi müsahibədə Türkiyə Prezidenti Ərdoğan da ifadə etmişdi və kimsənin hadisədən sonra ölkəyə gəlmədiyini vurğulamışdı. Bircə xarici işlər naziri Çavuşoğlu Azərbaycanın dəstəyinə görə təşəkkürünü xüsusi olaraq qeyd etmişdi. Bu kimi məsələlərdə konkret ölkə adı cəkilmədiyindən sözü öz üzərimizə götürüb cavablandırmaq da doğru olmazdı. Fikrimcə rəsmi Azərbaycan bütün hallarda doğru davranış sərgiləyib, bizim xarici siyasətdə ənənəvi üslubdan kənara çıxılmayıb, ilk fürsətdə Türkiyənin legitim hakimiyyəti ilə əlaqə quran ölkə prezidenti öz dəstəyini də ifadə edib. Darbədən sonra cənab Ərdoğan özü böyük çətinliklə İstanbul Hava limanına enib, bir neçə həftə təhlükəsizliklə bağlı problemlər də davam edibsə, o zaman ayrı-ayrı dövlət rəhbərləri hansı formada Türkiyəyə getməli idilər? Məncə bu cür irad forması yanlış anlaşıla bilər, çünki Türkiyədə baş verən hadisələr üzərindən qardaşlığımızın testdən keçirilməsi doğru yanaşma deyil. Azərbaycan Türkiyəyə münasibətdə, Türkiyə də Azərbaycana münasibətdə səmimiyyət testindən keçməyə zərrə qədər ehtiyac yoxdur, qardaşlığımızı tarix çoxdan isbatlayıb".






Fikirlər