Özbəkistanın yeni rəhbərinin KİMLİYİ bilindi

487af789f1bc2277636502e6fdbb339a

Prezident səlahiyyətlərinin icrası baş nazirə tapşırılıb

Özbəkistanda prezident səlahiyyətlərinin icrası baş nazir Şövkət Mirziyoyevə tapşırılıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan parlamentinin hər iki palatasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

Ş.Mirziyoyev 2003-cü ildən bəri baş nazir vəzifəsində çalışır. Bundan əvvəl o, Cizak və Səmərqənd vilayətlərini qubernatoru olub. Ş. Mirziyoyev İslam Kərimovun dəfnini təşkil edən dövlət komissiyasının sədri idi.

Qeyd edək ki, Konstitusiyaya əsasən prezident səlahiyyətləri Senatın sədri Niqmatulla Yuldaşevə keçməli idi.






Fikirlər