“Sevil Massivi” ilə bağlı dindirilməyən 700 zərərçəkən var
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən "Sevil Massivi" MMC-nin təsisçisi Aynur Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəməsi prosesi davam etdirilib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 51 nəfər zərərçəkən ifadə verib. Onların 20-si dəyən ziyanın ödənildiyini, 31-i isə ödənilmədiyini deyib. Həmin şəxslər şikayətçi olduqlarını və pullarımı tələb etdiklərini deyiblər. Hakim bildirib ki, bu işlə bağlı dindirilməyən 700 zərərçəkən qalıb. Məhkəmə prosesi oktyabrın 14-də davam etdiriləcək.