Bu günkü zəlzələnin hesablamalarını oxusanız - . Ayağınızın altından yer qaçacaq..

“Bu insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!” 

“Quran”, 14:52
Xəbər verildiyi kimi bu gün Azərbaycanda zəlzələ baş verib. Zəlzələnin episentri İmişli rayonu olmaqla, gücü 4,5 bal olub. 
Elmi-lədun hesablamalarımız göstərir ki, bu zəlzələ də riyazi yolla özündən əvvəlki böyük (həyəcanlı) hadisələrə bağlanmaqla, Allahdan xalqımıza növbəti xəbərdarlıq olduğu üzə çıxır. Bunu sübut edən hesablamaları oxuyanda necə deyərlər:
“Ayağınızın altından Yer qaçacaq”. Odur ki, hesablamaları  təqdim edirik:
1. Xatırladım ki, bu il iyunun 22-də Nxçıvanda 4 bal zəlzələ baş vermişdi. Bu gün həmin hadisənin 114-cü günüdür ki, bu da “Quran”ın surələrinin sayı (həm də Allahın kodlaşdırılmış “möhürü”) olmaqla, hər iki hadisənin Allahdan olmasını təsdiq edir. Yəni, 114 ədədinin “möhür” olaraq hər iki analoji hadisənin üzərinə vurulması hadisələrin Allahdan bir xəbərdarlıq olması barədə yuxarıda söylədiyimiz fikri təsdiq edir.
2. Hesablamalarımız göstərir ki, bu günkü zəlzələ riyazi yolla Balakəndəki partlayışla da əlaqələnir. Belə ki,  bu il yanvarın 4-də Balakən rayonundakı yem zavodunda baş verən qəfil partlayış ölüm və təlafatla nəticələnmişdi. Burada diqqət çəkən maraqlı məqam ondan ibarətdir ki, bugünkü zəlzələ həmin partlayışın 286-cı günü baş verdi. (Bir daha xatırladım ki, XVII əsrə qədər çap olunan, Kəbədə və muzeylərdə qorunan quranlar 286 səhifədə yerləşdirilib. Sonralar bu kitabın sözləri dəyişməsə də kağız formatı dəyişdirilib.) Bu da bir daha diqqətimizi “Quran”a yönəltməklə, hər iki hadisənin Allahdan xəbərdarlıq olduğunu növbəti dəfə təsdiqləyir. 
3. Elmi-lədun araşdırmalarımız göstərir ki, qiyamət əlaməti olan bu günkü zəlzələ qiyamətin digər əlaməti olan Günəş tutulması ilə də riyazi yolla bağlanır. Belə ki, bu gün 13 sentyabr 2015-ci il tarixdə baş verən Günəş tutulmasının 400-cü günüdür ki, bundan da “Quran”ın surələrinin sayını (114) çıxdıqda səhifələrinin sayı (286) qalır və bir daha hadisənin yolun azmış və zülm etməkdə həddi aşmış millətimizə növbəti xəbərdarlıq olduğunu sübut edir:
400 – 114 = 286
 
4. Bu günkü zəlzələdə diqqət çəkən digər məqam onun Lerik və Qəbələ rayonlarında baş verən analoji hadisələrlə riyazi şəkildə bağlanmasıdır. Xatırladım ki, 23 mart 2015-ci il tarixdə qeyd etdiyim rayonlarda və Xəzər dənizində 3-5,4 bal gücündə zəlzələlər baş verdi. Maraqlıdır ki, bu gün həmin hadisənin 572-ci günüdür ki, bundan da “Quran” rəmzi olan 286 ədədini çıxsaq, yenə də 286 alınar və hər iki tarixdə baş verən həyacanlı hadisələrin üzərində Allahın kodlaşdırılmış “möhür”ünü bir daha görərik:
 
572 – 286 = 286 
5. Maraqlıdır ki,  bu günkü zəlzələ Azərbaycanda baş verən təyyarə qəzaları ilə də əlaqələnir. Xatırladım ki, 11 iyun 2014-cü il tarixdə Bakı-Naxçıvan reysi ilə uçan “Boeing-757” təyyarəsini ildırım vurduğundan ölən və yaralananlar olmuşdu. Bu gün həmin hadisənin 858-ci günüdür ki, bu da Allahın kodlaşdırılmış “möhür”ü olan 286 ədədinin üç mislidir:
858 – 286 – 286 = 286 
6. Oxucuda sual yaranacaq: Azərbaycan xalqına (!) Allahdan bir xəbərdarlıq olan bu zəlzələ niyə məhz İmişli rayonu ərazisində baş verdi?   “Quran” məntiqinə görə həyatda təsadüf yoxdur. (Xatırladım ki, avqustun 1-də də İmişlidəki zəlzələnin hesablamalarını təqdim edəndə bunu təsadüf olmadığını qeyd etmişdik. 
Yazını bu linkdən oxuyun: moderator.az/news/146489.html 
 
Hesablamalarımız göstərir ki, bu həm də İmişliin kodu ilə bağlıdır. Belə ki, bu gün 16 sentyabr 2016-cı il tarixdə baş verən Ay tutulmasının 30-cu (!) günüdür ki, bu da İmişli rayonunun seriyası və yaxud rabitə indeksidir.  
7. Azərbaycanda qiyamətin daha bir əlaməti ötən il dekabrın 4-də baş verdi. Həmin gün Xəzərdə baş verən tufan (neft buruğunun uçması) soydaşlarımızın ölümü və yaralanması ilə nəticələndi. Bu gün həmin hadisənin 430-cu günüdür ki, bundan da “Quran” rəmzlərini çıxsaq, yenə də İmişli rayonunun “kodu” alınar:
 
430 – 114 – 286 = 30 (!)
Bütün bu və təqdim etməyi məqbul bilmədiyim digər hesablamalar sübut edir ki, bu gün Azərbaycanda baş verən zəlzələ sıradan bir təbiət hadisəsi olmayıb, Allahdan gələn növbəti kodlaşdırılmış  xəbərdarlıqdır. Məqsəd yolun azmış və günah törətməkdə həddi aşmış millətimizin və onu idarə edənlərin diqqətini bəşəri dəyərlər toplusu olan “Quran”a yönəltməkdir. 
Hesablamalarımız göstərir ki, əgər millətimiz (vəzifəsindən aslı olmayaraq) bu cür xəbərdarlıqlara rəğmən tövbə edib doğru  yola qayıtmasalar daha böyük və ciddi bəlalarla qarşılaşmalı olacaqlar!
Odur ki, bu sətirlərin müəllifi bir daha tövbə edib Allaha sığındı, sizlərə də bunu tövsiyyə edir (bunu o qədər də çətin bilməyin, çünkü biz iyirmi ildən çoxdur bu cür tövbəkar yaşayıyırıq, çətinliyin görməmişik). 
“Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda yazılmışdır!” Bax: “Quran”, “Gecə vaxtı seyr” surəsi, 16-58-ci ayələrə. 
 
Paşa Yaqub – tədqiqatçı-yazıçı 






Fikirlər