"Səba Broyler" şirkətindən böyük fırıldaq - PREZİDENTƏ ŞİKAYƏT (FOTO)
Beyləqan rayon sakini Şirinov Qoşqar İsrail oğlu dövlət başçısı İlham Əliyevə şikayət edərək "Səba Broyler" şirkətinin rəhbəri Natiq Quliyevin onun ailəsinə dövlət tərəfindən ayrılmış vəsaiti vermədiyini bildirir. AzToday.az-a göndərilmiş şikayətdə Qoşqar Şirinov iddia edir ki, 4 ildir Beyləqan rayon mərkəzinə yaxın bir ərazidə vaxtı ilə dövlət tərəfindən onlara icarə əsasında verilmiş 16 ha torpaq sahəsinin 14 ha hissəsini Natiq Quliyevi taxılçılıq adı altında onlardan alıb. Belə ki, "Qarabağ Taxıl" MMC "Qoşqar" kəndli təsərrüfatından 14 hektar ərazini alıb. Ancaq aldığı torpağa görə, verməli olduğu kompensasiyanı vətəndaşa ödəmir. Qanuna görə sahibkar fermerə məxsus torpaq sahəsi şirkətə verilirsə sahibkara dövlət tərəfindən hesablanmış kompensasiya verilir. Qeyd edilən kompensasiyanı isə dövlət Natiq Quliyevin şirkətinə köçürübş Ancaq 4 ildir Şirinovlar ailəsi həmin vəsaitə həsrət qalıblar. Yalnız 2 min manat vəsait aldığını deyən Qoşqar Şirinov dəfələrə şirkət rəhbəri Natiq Quliyevin qəbulunda olsada sonda heç bir nəticə dəyişməyib. Şikayətçi saytımız vasitəsi ilə ölkə başçısı İlham Əliyevə müraciət edərək Natiq Quliyevin qanunsuz əməllərindən təngə gəldiyini bildirir. Qoşqar Şirinov yazır: Cənab prezident! Ailəmizə məxsus 14 ha torpaq sahəsini Natiq Quliyevin şirkəti tərəfindən alınmış və bizə düşən kompensasiya 4 ildir verilmir. Sizin alicənablığınız, vətəndaş üçün dayanmadan gecə gündüz çalışmalarınız məhz Natiq Quliyev kimi vətəndaşı incidən sahibkarlar tərəfindən kölgə altına düşür. Cənab Prezident! Sizdən bir vətəndaş kimi xahiş edirəm ailəmizə verilməli olan kompensasiyanın bizə çatdırılmasında bizə kömək edin. Hazırda ailəmdə ağır xəstə olduğu üçün bu vəsaitə ciddi ehtiyacım var. Hörmətli İlham Əliyev mən bir Azərbaycan vətəndaşı kimi siyasətinizi daim dəstəkləmiş və bundan sonrada dəstəkləyəcəyəm". "Səba Broyler" şirkətinin rəhbəri Natiq Quliyevlı bağlı vətəndaşın prezident İlham Əliyevə ünvanladığı şikayət əsasında araşdırma aparırıq. Qarşı tərəfi də dinləməyə hazırıq.