Trampın qələbəsini 4000 il öncə xəbər verən sirli kitab – DÜNYA ŞOKDA

 

ABŞ-da respublikaçı Donald Trampın gözlənilməz qələbəsini yəhudilərin sirli təlimi Kabbala öncədən xəbər verib.

Bu barədə Respublikaçılar Partiyasının İsrail filialının rəhbəri Mark Sell deyib.
Onun sözlərinə görə, əvvəlcə iudaizm davamçıları heç nədən əmin deyildilər: “Hətta Haredim (iudaizm) icması, ümumiyyətlə, seçkiyə maraq göstərmirdilər. Lakin son iki həftədə hər şey dəyişdi. İudaizmin bütün ravvinləri qərar çıxartdılar ki, Tramp Qüdsü, İsraili və yəhudi xalqını qoruyanlarla birlikdə olacaq”.
M.Sell iddia edir ki, Trampın prezident seçiləcəyini sirli təlimin əsas kitablarından olan Zaor Kitabında (İbranicə “Ehtişam” deməkdir: Kabbala təliminin ən vacib kitablarındandır) əvvəlcədən deyilib.
“Seçkiyə bir həftə qalmış mənim yanıma böyük mekubal (Kabbala müəllimi) gəldi. Mən onun adını açıqlamayacam. O dedi ki, Zoar Kitabı gələn həftə Trampın qələbə qazanacağından xəbər verir. Ravvin sadəcə xahiş edirdi ki, mən onun mesajını ictimaiyyətə çatdırım”, - deyə Sell bildirib.
Qeyd edək ki, Kabbala yəhudi mistik təlimidir. Bunun Tövratın batin üzünü, yəni gizli tərəfini özündə əks etdirən təlim olduğu deyilir. Bu təlim kitablar toplusundan ibarətdir. Kabbalizmin tərəfdarlarının əslində, dünyanı idarə edilməsində böyük paya sahib olduğu deyilir. Bu təlim haqda ilk məlumatlar XII-XV əsrlərdə ortaya çıxıb. Lakin iddialara görə, Kabbala təlimi 4000 il əvvəldən mövcud olub və həmişə gizli olaraq saxlanılıb. Masonluq kimi gizli qrupların da məhz Kabbala təliminə əsaslandığı haqda məlumatlar var.






Fikirlər